• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdlər bu gün mövcud olmayan iş yerlərində çalışacaqlar

Şagirdlər bu gün mövcud olmayan iş yerlərində çalışacaqlar
01.05.2017 21:22
"Hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün möcud deyil. Bu rəqəm Dünya İqtisadi Forumunun təhlilindən götürülüb”.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov qurumun illik hesabat xarakterli tədbirində deyib.

Onun sözlərinə görə, bu da təhsil işçiləri qarşısında mürəkkəb məsələlər qoyur: "Bu da ondan ibarətdir ki, bu gün həmin peşələr mövcud olmadığı təqdirdə təhsil sistemi uğurlu məzunu hansı həyat və peşə üçün hazırlamalı, şagird hansı bilik və bacarığı mənimsəməlidir? Bizə bu cavabları heç kim vermir. Biz belə suallara cavabı həmkarlarımızla birgə işləyərək alırıq”.

Nazir qeyd edi ki, may ayında Təhsil və İqtisadiyyat nazirlikləri arasında memarandum imzalanacaq: "Məzunların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün iqtisadi perspektivlərimizi daha asanlıqla reallaşdırmaq üçün bizim qurumlar arasında kadrların hazırlığı, sifarişi, uzun müddətli proqnozların hazırlanması və digər istiqamətlər üzrə daha sıx əməkdaşlıq etməyimizə ehtiyac var”.

M.Cabbarov vurğulayıb ki, Azərbaycan məzunu bəzi kompetensiyalara malik olmalıdır: "Bura çeviklik, informasiya texnologiyaları sahəsindəki bacarıqlar aiddir. Biz buna ayrı ixtisas kimi deyil, istənilən peşə və ixtisasın zəruri kompetensiyası kimi baxırıq. Öz ixtisası üçün zəruri olan informasiya texnologiyaları biliklərinə malik olmayan insanların əmək bazarında perspektivləri ürəkaçan deyil. Həm xarici dil bilikləri, həm də regional və qlobal əhəmiyyətə malik olan yuxarıda sadaladığımız digər iki faktoru Azərbaycan məzununa verə bilsək, onların hər zaman əmək bazarında iş yeri olacağına inanırıq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol