• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədovdan çağırış

Əli Əhmədovdan çağırış
01.05.2017 18:20
"Vətəndaş cəmiyyətinin fəaliyyətində müəyyən problemlər var. Bunu etiraf edirəm. Bu, maliyyələşmə ilə bağlıdır. Bəzi məmurlar vətəndaş cəmiyyəti ilə əməkdaşlığı qəbul etmirlər. Mən onun tərəfindəyəm ki, vətəndaş cəmiyyəti institutları daha kamil proqramlar təqdim etməlidirlər. Belə olmayan halda vətəndaş cəmiyyətinin təklifi hökumət tərəfindən qəbul edilmir”.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müqavini Əli Əhmədov "Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

Ə.Əhmədov qeyd edib ki, vətəndaş cəmiyyəti hansısa layihə təqdim edəndə sübut etməlidir ki, bu layihə ilə hökumətin xərcləri azalacaq: "Qeyri-hökumət təşkilatları faydalı olduqlarını sübut etməlidirlər. Bunu edə bilməsəniz, deyiləcək ki, sizin təqdim etdiyiniz layihədən də ucuz bu işi ucuz görmək olar. Bəs burada fayda nədən ibarət oldu? Qeyri-hökumət təşkilatları hökumətin hansısa gördüyü işə xərclədiyi maliyyədən az maliyyə tələb edən layihə təqdim etməlidir. Biz hökumət nümayəndəsi olaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlığa ehtiyacımız var. Bəzi qeyri-hökumət təşkilatları mövcuddurlar, amma onların fəaliyyəti hiss olunmur. Bunu tənqid mənasında demirəm. Hökumət nümayəndəsi olaraq demək istəyirəm ki, hökumət vətəndaş cəmiyyəti ilə işləməkdə maraqlıdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol