• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı abituriyentlər az bal toplayır?

Hansı abituriyentlər az bal toplayır?
03.05.2017 09:22
Ali məktəblərə qəbul imtahanı zamanı ən mühüm göstəricilərdən biri olan orta bal cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir, çünki orada əvvəlki illərin məzunlarının da sayı var.

 Trend-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, imtahanlar zamanı orta qəbul balını müəyyənləşdirərkən buna əvvəlki illərin məzunlarının da ciddi təsirinin olduğunu nəzərə almaq lazımdır. Çünki hər il universitetə sənəd verən bütün abituriyentlər həmin ilin məzunu olmur.
 
Əvvəlki illərin məzunlarının məzun olduqları illərə görə topladıqları orta balın təhlili göstərir ki, məzun olunan il uzaqlaşdıqca toplanılan orta bal azalır. Yəni illər ötdükcə abituriyentin bilik və hazırlığı təbii olaraq azalır və bu da özünü imtahan nəticələrində göstərir:

"İllər üzrə ballara nəzər salanda aydın olur ki, müəyyən ilin abituriyentlərinin orta balı cari ilə yaxınlaşdıqca özündən əvvəlki ilin abituriyentlərinin orta balından yüksək olur (2013-cü ilin məzunları istisna olaraq özlərindən əvvəlki ilin məzunlarından 3 bal az toplayıb). Nümunə üçün 2010, 2011, 2012, 2014, 2015 və 2016-cı ildə məzun olan abituriyentlərin 2016-cı ildə qəbul imtahanında topladıqları orta bala baxsaq, görərik ki, ballar müvafiq olaraq 86, 88, 96, 104, 156 və 254 olub. Məlum olur ki, abituriyentlərin məzun olduğu il imtahan verdiyi ilə yaxınlaşdıqca orta bal arasındakı fərq kəskin azalır. Başqa sözlə, 2016-cı ildə ali məktəbə ərizə verən abituriyentlər arasında orta məktəbdən 2016-cı ildə məzun olmuş abituriyentlər orta məktəbdən 2015-ci ildə məzun olmuş abituriyentlərdən 98 bal (254-156=98) çox toplayıb. Eyni qaydada 2014-cü il məzunları ilə 150 bal (254-104=150), 2013-cü il məzunları ilə 161 bal (254-93=161), 2012-ci il məzunları ilə 158 bal (254-96=158), 2011-ci il məzunları ilə 166 bal (254-88=166) və 2010-cu il məzunları ilə 168 bal (254-88=168) təşkil edib".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol