• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən irad: Məktəblərdə xarici dillərin tədrisinə ayrılan saatlar artırılmaldır

Nazirdən irad: Məktəblərdə xarici dillərin tədrisinə ayrılan saatlar artırılmaldır
03.05.2017 14:00
İbtidai təhsildə məntiqli düşüncə, ümumi savad və həyatı vərdişlərin öyrədilməsi əsas məsələ olmalı, ana dili və riyaziyyatın tədrisinə önəm verilməldiir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Nazir bildirib ki, fənn kurrikulumlarının validyenlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi də gücləndirilməlidir:

"Bu gün bizi düşündürməli olan əsas məsələ müasir kompitensiyalar, bilik və səriştələr ümumi əsaslarla qurulmalıdır ki, müəllimlər və tələbələr növbəti on illiklərdə onlardan uğurla faydalana bilsinlər. Məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsasları dərindən öyrədilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidir".

M.Cabbarov qeyd edib ki, xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmaldır.

Onun sözlərinə görə, qloballaşma şəraitində gənclərin bir neçə dili bilməsi əhəmiyyətlidir:

"Bu gün iş yerlərini İKT olmadan təsəvvür etmək mümkün deyil. İKT texnologiyaları ayrı ixtisas deyil, hər bir peşənin və ixtisasın zəruri kompitensiyasıdır. Beynəlxalq araşdırmalarla müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi xeyir, sənaye sahəsinin verdiyi xeyirdən bir neçə dəfə çoxdur. Buna görə İKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol