• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisindən müraciət

Yol Polisindən müraciət
05.05.2017 14:04
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın mərkəzi hissələrində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərinə, habelə bu ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə müraciət edib.
 
BDYPİ-dən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.
 
"Bununla əlaqədar Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə Baş DYP İdarəsi paytaxtın mərkəzi hissəsində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərindən, habelə həmin ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən xahiş edir ki, tədbirin keçiriləcəyi ərəfədə özlərinə və işçilərinə məxsus nəqliyyat vasitələrinin yalnız yolların hərəkət hissələrindən kənarında yerləşən duracaqlarda saxlanılmasını təmin etsinlər. İş yerlərinin yaxınlığında belə duracaqları olmayan şəxslərə isə bu günlərdə ictimai nəqliyyatdan istifadəyə daha çox üstünlük vermələri  tövsiyə olunur.
 
Sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durmanın qadağan edildiyi, eləcə də yol kənarlarında parklanmaqla digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə maneə yaradan avtomobillər evakuatorlar vasitəsilə təxliyyə olunacaq, sürücüləri isə inzibati məsuliyyətə cəlb ediləcəklər.
 
Baş DYP İdarəsi paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı bütün hərəkət iştirakçılarını yol qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edir", - deyə müraciətdə vurğulanır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol