• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin artdığı və azaldığı ərazilər açıqlanıb

Əhalinin artdığı və azaldığı ərazilər açıqlanıb
08.05.2017 23:19
"Son illər paytaxt Bakıya axın davam edir və əhalinin artımı getdikcə çoxalır. Əhalinin artımı həm miqrasiya, həm də özünün artımı hesabına qeydə alınır”.
 
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov deyib.
 
Onun sözlərinə görə, artım qeydiyyatda olmayan, müvəqqəti iş üçün gələnlər və digərləri hesabına qeydə alınır. Əvvəllər Bakıda yalnız qeydiyyata düşəndən sonra işlə təmin olunmağın mümkün olduğunu deyən N.Əyyubov qeyd edib ki, hazırda bu məhdudiyyət yoxdur: "Nəticədə paytaxtda əhalinin sayı artıb. Bakıdan əlavə digər böyük şəhərlərdə - Mingəçevir, Gəncədə müəyyən sənaye parkları, əmək tutumlu sahələr yaradılsa da, əhalinin demoqrafik potensialının saxlanmasına nail olunmayıb”.
 
Şöbə müdiri əlavə edib ki, ümumi ölkə üzrə hündürlük qurşaqlarında yüksək dağlıq ərazilərdə yaşayan əhalinin sayı getdikcə azalır, düzən, dağətəyi ərazilərdə daha da artır. Onun sözlərinə görə, əhalinin artımı dağətəyi, düzən və dəniz sahili rayonlarda – Abşeron, Lənkəran ovalığı, Samur-Dəvəçi ovalığında daha çoxdur: "Şəki və Zaqatalada da dağətəyi hissədə əhalinin əsas məskunlaşması, artım tempi daha da yüksəlib.

 Əhalinin zəif məskunlaşdığı regionlarda isə əksinə azalma prosesi gedir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol