• $
  • €
  • ₽
  • ₺
  • £

İslamiadada qadın və kişilərə ayrı-ayrı həkimlər xidmət göstərəcək?- RƏSMİ CAVAB

İslamiadada qadın və kişilərə ayrı-ayrı həkimlər xidmət göstərəcək?- RƏSMİ CAVAB
11.05.2017 12:20
Səhiyyə Nazirliyi IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana gələn müsəlman qadın və kişi qonaqlara, eləcə də idmançılara tibbi xidmətin təşkili məsələsində fərqli yanaşmanın tətbiq edilib-edilməyəcəyinə aydınlıq gətirib.

anews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova özəl olaraq Trend-ə bildirib ki, idmançılar və qonaqlara stasionar tibbi yardım Bakı şəhərindəki Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzində göstəriləcək.

S.Əhmədova qeyd edib ki, oyunlara gələn bütün idmançılar və qonaqlara tibbi xidmət yüksək səviyyədə göstəriləcək və bunun üçün bütün hazırlıq işləri görülüb.

Nazirlik rəsmisi əlavə edib ki, tibbi xidmətə ehtiyacı olan qonaqlar, idmançılar ona bu xidməti göstərə bilən kişi və ya qadın həkimi seçməkdə sərbəstdirlər. Belə ki, qadınlar onlara kişi həkimlərin tibbi xidmət göstərməsini istəməyəcəklərsə, bu halda onlar qadın həkimlərin xidmətindən istifadə edə bilərlər: "Və ya əksinə olaraq, qadınların ona tibbi xidmət göstərməsini istəməyən müsəlman kişi elə kişi həkimin xidmətindən istifadə edə bilər. Biz bu məsələ ilə bağlı hər hansı problemin yaranacağını düşünmürük".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol