• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış aparıcıdan Ramil Usubova şikayət

Tanınmış aparıcıdan Ramil Usubova şikayət
12.05.2017 14:20
Müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov müvəkkilinin televiziya verilişi aparıcısı Kamran Həsənlidən verdiyi şikayətlə bağlı açılan cinayət işi üzrə istintaq hərəkətlərinin ləng aparılması haqda daxili işlər naziri Ramil Usubova müraciət edib.

anews.az-ın məlumatına görə, C.Yusifov qafqazinfo-ya açıqlamasında bildirib ki, K.Həsənlinin Türkiyədəki şirkətdə pay sahibi olub-olmamasına dair qonşu ölkəyə sorğu göndərilib:

"Bir ildən çoxdur ki, müstəntiq Rüstəm Bayramov Türkiyəyə sorğu göndərmək adı ilə istintaqı dayandırıb. Bir ilə sorğuya cavab ala bilməyən müstəntiqin apardığı istintaqın keyfiyyəti necə olacaq? Konkret olaraq Kamran Həsənli və bacısı Gülər himayə olunur. Əslində, həmin sorğu lazım da deyil, sadəcə istintaqı uzatmaq üçün vasitə kimi istifadə edirlər. Kamran Həsənlinin və bacısının etirafları cinayəti sübut edir”. 

Vəkil nazirə müraciət edərək bu işi öz nəzarətinə götürməyi xahiş edib. 

K.Həsənli bildirib ki, pulları Türkiyədə fəaliyyət göstərən bir şirkətin səhmlərini S.Piriyevin adına almaq üçün qəbul edib.

Qeyd edək ki, S.Piriyev Nərimanov RPİ-yə müraciət edərək K.Həsənlinin ondan 85 min dollar alıb qaytarmadığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Bakı Şəhər Baş Polis İdarəsində istintaq davam etdirilir. K.Həsənli və bacısı G.Həsənlinin ölkədən çıxışına qadağa qoyulub. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol