• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin maaşları artırılıb

Müəllimlərin maaşları artırılıb
12.05.2017 13:19
Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişikliklər edib.

anews.az-ın APA-ya istinadən məlumatına görə, indiyə qədər dəyişikliyə əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 4,40 manat, dosent, fəlsəfə doktoruna 2,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,25 manat ödənilib.

Dəyişikliyə əsasən bundan sonra müvafiq olaraq elmlər doktoruna saathesabı 4,85 manat, dosent, fəlsəfə doktoruna 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,50 manat ödəniləcək. Buna qədər xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 5,20 manat, dosent, fəlsəfə doktoruna 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,55 manat ödənilib. Bundan sonra müvafiq olaraq professor, elmlər doktoruna saathesabı 5,75 manat, dosent, fəlsəfə doktoruna 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,80 manat ödəniləcək. İndiyə qədər aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 6,30 manat, dosent, fəlsəfə doktoruna 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,90 manat ödənilib. Dəyişikliyə əsasən bundan sonra müvafiq olaraq tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 6,95 manat, dosent, fəlsəfə doktoruna 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 3,20 manat ödəniləcək.

Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir. İndiyə qədər müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,20 manat, dosent, fəlsəfə doktoru üçün 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,55 manat müəyyənləşdirilib. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,30 manat, çılpaq naturada isə 5,50 manat məbləğində müəyyən olunub. Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunub. Dəyişikliyə əsasən bundan sonra müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilmə məbləğləri  yenə də mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol