• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artisti borcuna görə küçədə qaldı - FOTO

Əməkdar artisti borcuna görə küçədə qaldı - FOTO
12.05.2017 20:08
"Mayın 25-nə qədər mənə evimi boşaltmağa vaxt veriblər".

Anews.az xəbər verir ki, bu sözləri lent.az-a əməkdar artist Firuzə İbadova deyib. O bildirib ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılır: "Allah heç kimi mənim günümə salmasın. Lombarda girib, Orxana bir iş üçün 7 min  pul verdim. O da ilk əvvəl işi həll edəcəyini deyərək, məni ümidləndirdi. Amma daha sonralar bu işin qeyri-ciddi olduğunu görüb, pulumu geri istədim. Vallah, indi Orxana görə borc içində üzürəm, pis vəziyyətdəyəm. Evin borcunu verə bilmirəm. Ona görə də evimdən çıxarırlar. Bu artıq 4-cü evimdir. Buradan da çıxarırlar. İnsafın olsun, ay Orxan! Pulumu qaytar! Elə bil mənim alnıma yazılıb, hamı məni aldadır. Pulumu almayana qədər ondan əl çəkməyəcəm. Orxan pulumu qaytarmasa, gedib evlərinin qarşısında "palatka" qurub, çöldə yaşayacam. Vallah, bu adam məni çox pis hala salıb, artıq dözə bilmirəm. (ağlayır) Bunların əlindən intihar edib, özümü öldürəcəm".
 
O.Nadirovun dostu Vüqar Bəkirov da lent.az-a müsahibə verərək, F. İbadovanın fikirlərini dəstəkləyib: "Orxan Firuzə xanımın qızını işə düzəltmək istəyirdi. Məhz buna görə də ondan 7 min pul aldı. Həmin pul da mənim yanımda İlhamə xanımın sözünə görə Orxana verilib. O pulun 2 minini Orxan mənə verdi ki, apar Firuzə xanıma ver, bir az vaxt istə. Mən həmin pulu Füruzə xanıma qaytarmışam. Mən tutulandan sonra Orxan qalan pulu mənim boynuma qoyub. Guya ki, bu pul mənə verilib. Amma həmin pulu Yasamal rayonunda Rabitə bankın qarşısında Firuzə xanım qızı ilə Orxana təqdim etdilər. Lombardı da Orxan tapmışdı. Firuzə xanım mənə yeni sənəd verdi. Bu vərəqdə qeyd edib ki, pulu yalnız Orxandan tələb edir. Məndən yox. Bu gün də Firuzə xanımın pulu olmadığına görə evindən çıxardırlar. Pulu yoxdu ki, gedib borcunu ödəsin. Qızıllarını lombardda qoydu".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol