• $
  • €
  • ₽
  • ₺
  • £

Qarğıdalı və buğdada təhlükəli xəstəliklər aşkarlandı

Qarğıdalı və buğdada təhlükəli xəstəliklər aşkarlandı
31.05.2017 22:48
"Rusiyadan Azərbaycana gətirilən böyük miqdarda qarğıdalı və buğdada Yovşan yarpaqlı ambroziya (Ambrosia artemisiifolia Linnaeus) və Üçdilimli ambroziya (Ambrosia trifida Linnaeus) aşkarlanıb".

Anews.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

Onun sözlərinə görə, qeyd edilən xəstəliklər "Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı"na daxildir:

"Həmin yüklər artıq saxlanılıb və müvafiq tədbirlər həyata keçirilir. Yəqin ki, bununla bağlı Rusiya tərəfinə rəsmi məlumat veriləcək".

C.Quliyev deyib ki, Rusiyadan gətirilən qarğıdalının çəkisi 1 ton 500 kq-a yaxındır:

"Həmin məhsul Azərbaycana "Giləzi quşçuluq" şirkəti tərəfindən gətirilir. Bu, ərzaq qarğıdalısıdır, amma yəqin ki, quşçuluqda yem kimi istifadə edilir. Amma aşkarlanmış yovşan yarpaqlı ambroziya karantin növü olduğu üçün belə qarğıdalının ölkəyə gətirilməsi qadağandır".

C.Quliyev əlavə edib ki, Azərbaycana Rusiyadan gətirilən və karantin tətbiq edilən zərərli orqanizmin aşkarlandığı buğdanın çəkisi 2 ton 300 kq-dır:

"O, Azərbaycana ölkəmizdəki dəyirmanlardan biri tərəfindən ün üyüdülmək məqsədilə gətirilir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol