• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil naziri: Müəllimlərin maaşı iki dəfə artırılıb

Təhsil naziri: Müəllimlərin maaşı iki dəfə artırılıb
01.06.2017 11:50
"Təhsil sistemində yeni vasitələrdən istifadə etmək lazımdır”.
 
APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib. O bildirib ki, 2013-cü ildə təhsil sahəsində Milli Strategiya təsdiqlənib: "Bu, ilk strategiya olub. Orada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyənləşdirilib. Məktəbəqədər təhsildə irəliləyiş əldə edilib. Əvvəl bu sahədə vəziyyət qənaətbəxş deyildi. Məsələni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrin qaçqın və məcburi köçkünlər tərəfindən tutulması idi. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların gətirmə faizi 18 faiz idi. Üç ildə bu rəqəm 55 faizə qalxdı”. 
 
Nazir əlavə edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: "Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və sair bu xidmətlərə aiddir”.
 
O bildirib ki, Azərbaycanda  müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib. Nəticədə müəllimlərin maaşı 2 dəfə artıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol