• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə qızlar daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

Tələbə qızlar daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?
27.06.2017 11:48
Azərbaycanda ali məktəblərdə təhsil alan tələbə qızların sayı kolleclərlə müqayisədə daha azdır.
 
Anews,az-ın Trend-ə istinadən verdiyi məlumata görə, son tədris illəri ərzində Azərbaycanda təhsil alan orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu qızlardır.

Orta ixtisas məktəbləri ilə müqayisədə ali məktəblərdə təhsil alan qızların tələbələrin sayı isə daha azdır. Kolleclərdə təhsil alan tələbələrin 60 faizindən çoxu qız olduğu halda, ali məktəblərdə oxuyan qadın tələbələr bütün tələbələrin tam olaraq yarısını da təşkil etmir.

Belə ki, 2016-2017-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin 51702 tələbəsi olub ki, onların da 34308 nəfəri - 66,3 faizi qız olub. 2011-2012-ci tədris ilində bütün tələbələrin 65,8 faizi, 2012-2013 tədris ilində 66,3 faizi, 2013- 2014-cü tədris ilində 67,1 faizi, 2014-2015-ci tədris ilində 67,4 faizi, 2015-2016-cı tədris ilində isə 66,7 faizini qızlar təşkil edib.

Ali təhsil müəssisələrinə gəldikdə, 2016-2017-ci tədris ilində bütün tələbələrin - 163779 nəfərin 79132 nəfəri, yaxud 48,3 faizi qızlar olub. Ali məktəblərdə bundan əvvəlki tədris illərində də tələbə qızların faiz göstəricisi 46-48 faiz arasında dəyişib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol