• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Heydər Əliyev, Rəsulzadə və Elçibəy adına universitetlər yaradıla bilər

Azərbaycanda Heydər Əliyev, Rəsulzadə və Elçibəy adına universitetlər yaradıla bilər
30.06.2017 14:40
Millət vəkili Qüdrət Həsənquliyev Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını daşıyan üç universitetin yaradılması təklifi ilə çıxış edib.

Anews.az xəbər verir ki, APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, gələn il Heydər Əliyevin anadan olmasının 95, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135, Əbülfəz Elçibəyin anadan olmasının isə 80 illiyi qeyd olunacaq. 

"Azərbaycanda universitetlərin sayı digər ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Eyni zamanda, ölkəmiz tələbə və alimlərin sayına görə də digər ölkələrdən geri qalır. Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, yeni universitetlər yaradılmalıdır.

Təklif edirəm ki, hər üç şəxsiyyətin adı ilə bağlı yeni universitetlər açılsın. Bununla, həm də onların ruhu şad olar.

Vaxtilə Heydər Əliyev Əbülfəz Elçibəyə ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi, Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə, ona olan tarixi münasibətini göstərdi. Odur ki, bu təklif reallaşdırılarsa, yaxşı olar".

Millət vəkili Siyavuş Novruzov isə Heydər Əliyevi digər şəxslərlə müqayisə etməyin düzgün olmadığını deyib: "Adların əbədiləşdirilməsinə gəldikdə, buna fərqli yanaşmaq lazımdır. Yeni Azərbaycan Partiyası xidməti olan hər kəsin xidmətini yüksək qiymətləndirir və onların adının əbədiləşdirilməsinin tərəfdarıdır. Lakin həmkarım Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq, Ulu Öndərin digərləri ilə müqayisə edilməsi düzgün deyil.

Çünki Ulu Öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, separatizmin tüğyan etdiyi, ölkənin müstəqilliyi təhlükə altında olduğu zamanda Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə, tək Azərbaycanı deyil, eyni zamanda o vaxt hakimiyyətdə, bu gün isə müxalifətdə olanları da xilas etmiş oldu. Sürət Hüseynovun "Azadlıq" meydanında dar ağacları quracağı və o ağaclardan kimlərin asılacağı barədə dedikləri hamıya bəllidir. Odur ki, Ümummilli Lider müxalifətdə olanları da xilas etdi.

Buna görə də Ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol