Bakıda məşhur supermarketdə yanğın – FOTO

Bakıda "Neptun” supermarketlərindən birində güclü yanğın baş verib.
anews.az APA-ya istinadən xəbər verir ki, yanğın "28 May” metrostansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küç., 102 ünvanında yerləşən mağazada baş verib.
Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.
Hadisəyə səbəb kimi qısaqapanma göstərilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























