• $
  • €
  • ₽
  • ₺
  • £

General Novruzəli Orucov danışdı: “Uşağı başlı-başına buraxmışam...”

General Novruzəli Orucov danışdı: “Uşağı başlı-başına buraxmışam...”
12.07.2017 11:48
Prezident İlham Əliyevin sərəncamı ilə dünən vəzifədən azad olunan general-mayor Novruzəli Orucov oğlunun törətdiyi cinayətə görə özünü günahkar sayır.

Bu barədə Yenicag.Az-a danışan general bildirib ki, Prezident onu daha əvvəl işdən çıxartmalı idi:

"Hadisədir – baş verib, mübahisə yaranıb və sonu da belə olub. Bu məsələdə vəzifəli şəxs kimi mənim də səhvim çox böyük olub, uşağı başlı-başına buraxmışam. Başlı-başına deyəndə ki… Mən özüm atasız böyümüşəm, istəməmişəm ki, uşaqlarım da nəyinsə ehtiyacını çəksinlər. Atam Böyük Vətən Müharibəsinin iştirakçısı olub, 1943-cü ildə yaralanıb gəlmişdi, onu altı yaşımda itirmişəm. Altı uşaq olmuşuq, çox ağır ailə həyatı sürmüşəm. Ancaq böyüdük, oxuduq, hamımız ali təhsil aldıq.

Deyim ki, oğlum birinci hadisəni törədəndə – yəqin ki, məlumatınız var – cənab Prezident, Ali Baş Komandanım mənə çox hörmət elədi, məni o zaman işdən çıxartmalı idi. Açığı, onda özüm də işdən getməyə hazırlaşırdım. Ancaq xidmətlərim nəzərə alındı və işimə davam etməyim məsləhət oldu.

Bilirsiniz ki, mən döyüşçü olmuşam, "DOSAAF”ı yenidən qurmuşam, snayperlər, paraşütçülər, istehkamçılar və kəşfiyyatçılar kursu açdım, xeyli işlər gördüm. Bu xidmətlərimə görə də işimdə saxlanıldım, nəinki "uvolit” olundum, hətta vəzifəm bir pillə artırıldı. Ancaq bu dəfə hadisə ilə bağlı cənab Prezidentə məruzə edilib və o da qərarını verib.

Mən özümdən başqa heç kimdə günah görmürəm. İki oğlum, bir qızım var. Bu, mənim sonbeşiyimdir, bir az ərköyün böyütdük. İdmançı uşaqdır, 1200 metrdən paraşütdən tullanmaq üzrə dünya rekordçusudur. Uşaqla hələ ki, görüşməmişəm. Bu gün günorta ona yemək aparacaqlar, ancaq özüm getməyəcəm.
Mən bir ata kimi, bir general kimi bütün valideynlərə səslənirəm, yeri gələndə övladlarını sıxsınlar, xüsusilə, oğlan uşaqlarına lap bir şillə vursunlar ki, onlar pis hərəkətlər etməsinlər”.
Qeyd edək ki, Novruzəli Hüseyn oğlu Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad olunub.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol