• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: "Benzinin qiymətinin artması əhaliyə mənfi təsir göstərməyəcək"

Millət vəkili: "Benzinin qiymətinin artması əhaliyə mənfi təsir göstərməyəcək"
15.07.2017 14:50
Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artırılması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, Aİ-92 markalı benzinin qiymətinin artırılmasının bir neçə səbəbləri var: 

"Buna əsas səbəb də xarici amillərdir ki, dünya maliyyə-iqtisadi böhranı nəticəsində bir sıra ölkələrin, o cümlədən Azərbaycanın milli valyutası dəyərdən düşdü və dolların məzənnəsi qalxdı. 

Dolların məzənnəsinin qalxması heç şübhəsiz ki, neft sahəsinə də təsir etdi. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatının böyük hissəsini neft sektoru təşkil edir və biz xarici bazarlara daha keyfiyyətli neft məhsulları çıxartmalıyıq, eyni zamanda avrostandartlara qoşulduğumuza görə istehsal etdiyimiz, o cümlədən daxildə istehlak etdiyimiz benzinin keyfiyyəti həmin tələblərə uyğun olmalıdır. Bu tələblərə cavab verməkdən ötrü təbii ki, biz öz neft emalı sənayemizi modernləşdirməliyik. Bütün bunların hamısı benzinin qiymətinin qaldırılmasını şərtləndirirdi ki, Dövlət Neft Şirkəti rentabelli işləyə bilsin".

Onun sözlərinə görə, bir çox ətraf ölkələrdə benzinin qiyməti Azərbaycanla müqayisədə xeyli bahadır:

"Rusiya kimi güclü bir dövlətdə benzinin qiyməti qalxdı və ölkənin Prezidenti Vladimir Putin də bunun çox normal izahını verdi. Bəzən soruşurlar ki, bu, insanların sosial vəziyyətinə mənfi təsir göstərəcəkmi? Şübhəsiz ki, istənilən qiymət artımı müəyyən dövrdə insanlar üçün psixoloji gərginlik yarada bilər. Amma əhalinin sosial müdafiəsi daim Azərbaycan dövlətinin, cənab Prezidentin diqqət mərkəzindədir. Digər tərəfdən də biz bir cəmiyyət olaraq qənaət etməyə öyrənməliyik. Məsələn, Avropa ölkələrində bizdəki qədər iri yanacaq tutumu olan maşınlara nadir hallarda rast gəlmək olar".

Millət vəkili əlavə edib ki, benzinin qiymətinin artırılması reallıqdan doğan bir addımdır: "Bu artım əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol