• $
  • €
  • ₽
  • ₺
  • £

“Veysəloğlu” şirkətlər qrupunun yazı müsabiqəsinin qalibləri bəlli oldu

“Veysəloğlu” şirkətlər qrupunun  yazı müsabiqəsinin qalibləri bəlli oldu
19.07.2017 19:14
Bu gün Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu” şirkətlər qrupunun birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda KİV təmsilçiləri üçün yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, münsiflər heyətinin üzvləri, media nümayəndələri iştirak ediblər.


Mükafatlandırma mərasimini giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, müsabiqənin məqsədi jurnalistlərin iqtisadi maarifləndirilməsi, onların qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolu, eləcə də ölkənin qida təhlükəsizliyində sahibkarlığın missiyası ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır. Şura sədri həmçinin belə müsabiqələrin jurnalistlərin müxtəlif sahələr üzrə ixtisaslaşmalarına dəstək baxımından vacibliyini önə çəkib və bu istiqamətdə "Veysəloğlu” şirkətlər qrupunun gördüyü işlərin olduqca yüksək qiymətləndirildiyini qeyd etib. 

"Veysəloğlu” Şirkətlər qrupunun Biznesin İnkişafına Dəstək üzrə baş direktoru İlqar Nuri çıxış çıxışında ilk olaraq media nümayəndələrini salamlayaraq onları peşə bayramları münasibəti ilə təbrik edib, şirkətin təşkilatçılığı ilə keçirilən müsabiqənin iştirakçılarına təşəkkürünü bildirib. 

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, iqtisadçı-ekspertlər Vüqar Bayramlı və Əli Əhmədov müsabiqənin əhəmiyyətli cəhətlərindən söz açaraq bildiriblər ki, belə təşəbbüslərdə peşəkar jurnalistlərin irəli sürdükləri fikirlər dövlətin mövcud sahədəki siyasətinin daha da optimallaşdırılmasına dəstəkdir. 

Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov qalibləri təbrik edərək, gələcəkdə bu kimi yazı müsabiqələrinin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb və media nümayəndələrini daha aktiv iştirak etməyə dəvət edib. 

Sonra müsabiqədə qalib gələn və fərqlənən media nümayəndələrinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar qəbul edilib. Münsiflər heyəti ümumilikdə 38 KİV-də yayımlanmış eyni sayda yazını nəzərdən keçirib. Bu KİV-lərdən 18-i qəzet, 11-i internet xəbər saytı, 8-i informasiya agentliyi, 1-i jurnaldır. 

Təqdim edilmiş materiallardan biri I yerə (1000 manat), ikisi II yerə (500 manat), üçü III yerə (300 manat), daha 19 yazı müəllifi isə həvəsləndirici mükafata (100 manat) layiq görülüb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol