• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdaş sakininin Bakıda başına iş gəldi – TÜKÜRPƏDƏN TƏFƏRRÜAT

Ağdaş sakininin Bakıda başına iş gəldi – TÜKÜRPƏDƏN TƏFƏRRÜAT
20.07.2017 15:51
Həyat yoldaşını qətlə yetirməkdə günahlandırılan Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Müşfiq İbrahimli ifadə verib.
 
 
O, deyib ki, yoldan keçərkən bir kişinin qadını bıçaqladığını görüb. Həmin şəxs qadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında arvadını xüsusi amansızlıqla, əzab verərək öldürən Əkbər Quliyevə cəza istəyib. Dövlət ittihamçısı Əkbər Quliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təb edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses iyulun 27-nə təyin edilib.

İttihama görə, qətl bu il martın 24-də Yasamal rayonu "Qanlıgöl” ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ələkbər Quliyev qısqanclıq zəminində 42 yaşlı həyat yoldaşı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib.

10-dan çox bıçaq zərbəsi alan Firuzə Quliyeva hadisə yerində keçinib. Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ələkbər Quliyev könüllü polisə gələrək, təslim olub.

İlkin dindirmələr zamanı təqsirləndirilən şəxs həyat yoldaşını yad kişi ilə gördüyünü deyib. Səbəbini soruşduqda qadın onun tanışı olduğunu deyərək, ərinə "'işinlə məşğul ol” söyləyib.

Həyat yoldaşının etinazsılığından qəzəblənən Ələkbər Quliyev bıçaqla arvadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməyə başlayıb.
Ələkbər Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham olunur.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol