Lənkəran və Lerik rayonlarının sərhədində yanğın olub

Lənkəran və Lerik rayonlarının sərhədində yerləşən bələdiyyə torpağında yanğın olub.
anews.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 20-ci km-də qeydə alınıb.
Ərazidə kol-kos və iri gövdəli ağaclar yanıb.
Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və və xeyli sayda canlı qüvvəsi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Alovun Hirkan Milli Parkına keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























