• $
  • €
  • ₽
  • ₺
  • £

“Porsche” ilə qəza törədən rəisin oğlu

“Porsche” ilə qəza törədən rəisin oğlu
20.07.2017 22:27
Bakıda "Porsche” ilə piyadanın üstündən keçdiyi deyilən 24 yaşlı Əhəd Kərimov atası ilə heç bir əlaqəsi olmadığını deyib.

AZXEBER.COM-un məlumatına görə, Əhəd Kərimov baku.ws-ə bildirib ki, atası ilə anası 1994-cü ildə boşanıblar.

O, anası ilə yaşadığını və atası ilə münasibətlərinin soyuq olduğunu deyib: "Bu məsələyə mənim atamın heç bir aidiyyəti yoxdur. Atamla anam 20 il əvvəl ayrılıblar. Atamın yanında böyüməmişəm. Məni böyüdən şəxs anam olub. O, avtomobili isə mən 10 min dollara almışam. Aldığım adamı da göstərə bilərəm. Atamla mən 5-6 ildir danışmıram. O, mənim heç ad günümü belə zəng edib təbrik etmir, onun pulu ilə ayaqqabı belə almamışam. O qədər soyuqdur münasibətimiz. Yəni atama görə arxayınlaşım, harınlayım, belə şey yoxdur”.

Əhəd Kərimov hadisənin necə baş verməsi ilə bağlı da danışıb: "Mən aeroport yolu ilə yüz km/saat sürətlə gedirəm, qabaqda da "Mercedes Sprinter” markalı mikroavtobus gedir. "Sprinter”lə məsafə 10 metrdir. Bir anlıq "Sprinter”in qarşısından piyada keçdi. "Sprinter” sol güzgüsü ilə piyadanı vurdu və adam mənim avtomobilimin altına düşdü. Mən isə saxlaya bilmədim. Bu, bir anlıq hadisə idi”.

Qeyd edək ki, Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol