• $
  • €
  • ₽
  • ₺
  • £

“Güzəştli mənzil” əldə etmək istəyənlərə şad xəbər

“Güzəştli mənzil” əldə etmək istəyənlərə şad xəbər
24.07.2017 18:45
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və daha bir yeni kateqoriya əlavə olunub.


MİDA-dan verilən məlumata görə, "ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs” adlı mövcud kateqoriya yeni redaksiyada həmçinin "ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxsləri” də əhatə edəcək. Bununla yanaşı, yeni – "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası da əlavə olunub. Hər iki kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.


MİDA yenilənmiş kateqoriyalara aid bütün vətəndaşların müraciətlərini qəbul etmək məqsədilə "Güzəştli mənzil” elektron sisteminin təkmilləşdirilməsi işini davam etdirir. "Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxlər” adlı yenilənmiş kateqoriyaya aid vətəndaşların müraciətlərinin qəbuluna artıq start verilib. Müraciətlər "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə və ya Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində və Sumqayıt "ASAN xidmət” mərkəzində qəbul olunur.


"Güzəştli mənzil” elektron sistemində davam edən dəyişikliklər və müvafiq inteqrasiya işləri tamamlandıqdan sonra "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” adlı kateqoriyaya aid vətəndaşların da müraciətlərinin qəbulu başlayacaq. Müvafiq texniki işlər başa çatdırıldıqda "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyasına aid şəxslərin müraciətlərinin qəbulunun başlanma tarixi barədə əlavə məlumat veriləcək.


Hər iki yeni kateqoriyaya aid şəxslər müraciət edərək "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olduqda MİDA-nın bütün layihələri çərçivəsində inşa olunan güzəştli mənzillərin satışı zamanı artıq qeydiyyatdan keçmiş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol