• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatala və Balakəndə xüsusi əməliyyat

Zaqatala və Balakəndə xüsusi əməliyyat
27.07.2017 16:41
İyulun 25-26-da Daxili İşlər Nazirliyinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

anews.az xəbər verir ki, əməliyyat Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində keçirilib.

DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. 

Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Həmin cinayətlərin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı zəruri tədbirlər davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol