• $
  • €
  • ₽
  • ₺
  • £

Massaçusets Texnologiya İnstitutunun proqram rəhbəri BANM-də

Massaçusets Texnologiya İnstitutunun proqram rəhbəri BANM-də
28.07.2017 23:55
Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov Massaçusets Texnologiya İnstitutunun (MTİ) Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) Avrasiya üzrə proqram meneceri və Qlobal səviyyədə Start-up Laboratoriyalarının rəhbəri Yekaterina Zabrovskaya ilə görüş keçirib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, görüşdə SOCAR-AQŞ-nin baş direktoru Ramin İsayev, Massaçusets Texnologiya İnstitutunun məzunu Ramil Məhərrəmov və BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva iştirak ediblər.

Azərbaycana səfərin məqsədi dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu ilə Azərbaycan universitetləri və şirkətləri arasında tərəfdaşlığın inkişafı istiqamətində ehtiyacların və imkanların aşkar edilməsidir.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni açılmış kampusu haqqında məlumat verib. O, qarşılıqlı maraq doğuran məsələlərdən söz açaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb.

Massaçusets Texnologiya İnstitutunun (MTİ) Avrasiya üzrə proqram meneceri və Qlobal səviyyədə Start-up Laboratoriyalarının rəhbəri Yekaterina Zabrovskaya MISTI təhsil proqramları haqqında geniş məlumat verib. Bildirilib ki, sözügedən təşkilat MİT-in tələbələrini xaricdə ixtisas təcrübəsi, tədqiqat və tədris imkanları ilə təmin edir, dünyanın aparıcı şirkətləri, tədqiqat institutları və universitetləri ilə əməkdaşlıq etməkdə töhfə verir: "Təmsil etdiyim institut 22 ölkə ilə oxşar tərəfdaşlıq proqramları həyata keçirir. Qarşımıza qoyulan məqsədlərindən biri Azərbaycanda Global Start-up laboratoriyaların yaradılmasıdır”.

Görüşdə həmçinin, qarşılıqlı əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub. Tərəflər tələbə mübadiləsi, müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, birgə elmi konfransların təşkili barədə razılığa gəliblər.

Qeyd edək ki, dünyanın ən yaxşı ali məktəblərindən olan Massaçusets Texnologiya İnstitutu qəbul qaydalarının mürəkkəbliyi ilə seçilir – buraya sənəd verən 20 abituriyentdən yalnız biri MTİ-na qəbul olunur. MTİ-nun məşhur məzunları var, onlardan 85 nəfəri Nobel mükafatına layiq görülüb. İnstitutun tanınmış məzunlarından Azərbaycan əsilli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, hazırda Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadəni xüsusi qeyd etmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol