• $
  • €
  • ₽
  • ₺
  • £

Qaxda güclü yanğın baş verib

Qaxda güclü yanğın baş verib
29.07.2017 11:12
Qax rayonunun Qıpçaq kəndində taxta sexində və tövlədə yanğın baş verib.

Anews.az-ın Report-a istinadən məlumatına görə, kənd sakini Roman Asıralı oğlu Nəbiyevə məxsus ümumi sahəsi 128 kv.m. olan taxta sexi, sexə bitişik 48 kvadratmetrlik mal tövləsi və sexin həyətində olan yük avtomobili yanıb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın güclü olduğundan qarşısını almaq çətin olub. Nəticədə taxta sexində olan 7 kubmetr çinar taxtası, 5 ədəd dülgər dəzgahı, "QAZ-53” markalı yük avtomobilinin yük yerində olan 5 kubmetr odun və mal tövləsinin çardağına yığılmış 580 ədəd ot presi təmamilə yanaraq kül olub. Yanğın baş verən zaman sexdə heç kim olmayıb.

Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol