• $
  • €
  • ₽
  • ₺
  • £

Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - ŞOK Təfərrüatlar

Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - ŞOK Təfərrüatlar
11.08.2017 11:22
Türkiyədə dünyası dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatındadır.

Bu barədə Yenicag.az-a aktrisanın xalası qızı Rübabə Səfərova açıqlama verib. Onun sözlərinə görə, Mila Əminənin yenidən həyata qayıtması üçün möcüzə gözləyirlər:

"İki həftədir ki komada olan xalamqızı dünən səhər kliniki ölüm keçirib. Hazırda süni nəfəs aparatındadır. Həkimlər öldüyünü deyir, amma biz möcüzə gözləyirik ki, bəlkə həyata qayıdar. Onu həkimlər öldürdü. Bir ay əvvəl başağrıları var idi. 1 saylı Şəhər Klinik Xəstəxanasına apardıq. Orada həkimlər belindən su çəkiblər. Lakin onun yanında heç bir yaxını olmayıb. Biz o həkimləri də məhkəməyə verəcəyik. Ayaqları tutulurdu, gözü görmürdü, məcbur qalıb onu Türkiyəyə apardıq. Artıq gec imiş. Son günlərini komada keçirdi. Beyninə çirk yığılmışdı. Həkimlər komada ola-ola onu əməliyyat etdilər ki, çirki təmizləsinlər. Amma yenə də xeyri olmadı”.

R.Səfərovanın dediyinə görə, bu gün saat 12:00 radələrində aktrisa süni nəfəs aparatından ayrılacaq:

"Saat 12:00-a qədər də gözləyəcəyik, ayılmasa, dəfn edəcəyik. Anası Türkiyədə yaşadığı üçün xalamqızı Türkiyədə dəfn ediləcək”.

Xalasıqızı aktrisanın son sözlərini də xatırladıb:

"Komaya düşməmişdən əvvəl süni nəfəs aparatına qoşulmuşdu. Aparatı ağzından götürdüm ki, Mila nə istəyirsən? O dedi ki, məni buraxmayın. Dedim, narahat olma, hamımız yanındayıq. Səni tək qoymayağıq. Ömrü 29 yaşında qırıldı”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol