• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun həbsdəki nəvəsi lüks kameraya köçürüldü

Əli Həsənovun həbsdəki nəvəsi lüks kameraya köçürüldü
13.08.2017 11:07
Bir həftədən çoxdur ki, ölkə gündəmində əsas müzakirə mövsuzu, heç şübhəsiz ki, baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzadır.

Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində "Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.

Dəhşətli qəzadan sonra ən çox müzakirə mövzusu isə Əli Həsənovun nəvəsinin həbs edilib-edilməyəcəyi idi. Hadisədən sonra vəziyyətinin ağır olduğu deyilən N.Allahverdiyevlə bağlı gözlənilən rəsmi məlumat bir neçə gün sonra yayıldı.

Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan "Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb.

Ə.Həsənovun nəvəsinin həbsindən sonrakı müzakirə mövsuzu isə ərköyün və lüks həyata alışmış Nailə həbsxanada yaradılacaq şərait idi.

İlk olara sosial şəbəkələrdə Kürdəxanıdan yazıldığı deyilən anonim məktub yayıldı.

Məhbuslardan biri tərəfindən yazıldığı bildirilən məktubda deyilirdi:

"Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır. Ona görə ki, o, baş nazirin müavininin nəvəsidir...”.

Musavat.com Əli Həsənovun nəvəsinin həbsxanadakı şəraiti haqda eksklüziv məlumat əldə edib.

Əldə etdiyimiz məlumata görə, Nail Allahverdiyev doğrudan da saxlanıldığı həbsxananın ən lüks otağına köçrülüb. Bu otaq isə bir neçə gün əvvələ qədər Vidadi Zeynalova məxsus imiş.

İki gün əvvəl xəbər vermişdik ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin sabiq aparat rəhbəri olmuş Vidadi Zeynalov müalicə müəssisəsinə köçürülüb. Məhkəmənin hökmü 13 il azadlıqdan məhrum edilən məmurun səhhətində problem olduğunu vəkili də təsdiq edirdi. Amma məlum məsələdir ki, həbsxana şəraitində saxlanılan hər bir məhbusun arzusu elə müalicə müəssisəsinə köçürülməkdir. Çünki oradakı şərait həbsxanadan qat-qat yaxşıdır.

Bir məsələ də var ki, Vidadi Zeynalovun Kürdəxanıdakı vəziyyəti də pis deyildi. O, həbsxananın ən lüks, ən bahalı otağında cəza çəkirdi. Həmin kamerada kondisioner, televizor, telefon və digər xidmətlər təmin edilirdi.

Vidadi Zeynalov müalicə müəssisəsinə köçürüldükdən sonra yeri boş qalmayıb. Elə həmin gün Əli Həsənovun nəvəsini sabiq məmurun lüks kamerasına yerləşdiriblər. İndi "Qaçqınkom”un nəvəsinin həbsxana şəraiti digər məhkumlardan qat-qat yaxşıdır.

Yəni, baş nazirin müavininin nəvəsi elə həbsxanada da baş nazirin müavininin nəvəsidir...
 
 
///Musavat.com
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol