• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bələdiyyə sədrləri cərimələndi

Azərbaycanda bələdiyyə sədrləri cərimələndi
16.08.2017 18:44
Azərbaycanda iki bələdiyyə sədri cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Belə ki, cari ilin iyul və avqust ayları ərzində birgə keçirilən belə tədbirlər zamanı paytaxtın Yasamal, Xətai, Səbail, Binəqədi, Sabunçu, Qaradağ, Xəzər rayonları, eləcə də respublikanın Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hallarına görə 30 protokol tərtib edilib, 10-dan artıq istirahət mərkəzinin rəhbərləri, iki bələdiyyə sədri və fiziki şəxslər inzibati məsuliyyətə cəlb ediliblər. Onlara tətbiq olunan cərimələrin məbləği 37.150 manat təşkil edib.

Ümumilikdə isə ilin əvvəlindən bu günədək məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 488 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 79.610 manatdan artıq cərimələr tətbiq olunub.

Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol