• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Influencer Day Baku” tədbiri keçiriləcək

Bakıda  “Influencer Day Baku” tədbiri keçiriləcək
22.08.2017 14:57
Sosial media həyatımızın ayrılmaz bir parçasına çevrilib. Azərbaycan əhalisinin üçdəbiri aktiv olaraq sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar. Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər.
 
Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar. Influencer-lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrində inlfuencer-ləri cəlb etməklə ciddi uğurlar qazanırlar.
 
Regionda ilk dəfə 30 sentyabr 2017-ci il tarixində Dreamland-də "Influencer Day Baku” tədbiri keçiriləcəkdir.
 
Tədbirdə Sosial Eranın marketinq texnologiyaları, data marketing, MarTech investisiyaları müzakirə olunacaq və qonaqlara Mərkəzi Avrasiya regionunda fəaliyyət göstərən Keepface Influencer Marketing platforması təqdim olunacaq. Tədbirdə 150 nəfər xüsusi dəvət olunmuş top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri, investorlar və seçilmiş ictimai xadimlər iştirak edəcək. Əlavə olaraq tədbirə ABŞ-dan spiker cəlb olunması planlaşdırılır. Keepface dünyada trend marketinq strategiyası sayılan "Influencer Marketing"i avtomatlaşdıran platformadır.
 
Bu platformada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Keepface istifadəçiləri brendlər platforma üzərindən influencer-lərin göstəricilərini analiz edə, onlarla kommunikasiya qura və sifariş verə bilirlər. Hazırda Keepface regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir. Tədbirdə iştrak yalnız xüsusi dəvətnamə ilə mümkün olacaq.#InfluencerDayBaku

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol