• $
  • €
  • ₽
  • ₺
  • £

Hidrometeoroloqlardan meteohəssas insanlara XƏBƏRDARLIQ

Hidrometeoroloqlardan meteohəssas insanlara  XƏBƏRDARLIQ
25.08.2017 18:20
Avqustun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 28-dək Abşeron yarımadasında davamlı mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın əksər rayonlarında hava yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz  32-37° isti, dağlarda gecə 13-18°, gündüz  23-28° isti olacağı gözlənilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol