• $
  • €
  • ₽
  • ₺
  • £

İraqda öldürülən azərbaycanlı terrorçuların pasportları

İraqda öldürülən azərbaycanlı terrorçuların pasportları
08.09.2017 22:34
İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb.

"Qafqazinfo” "Oxu.az”a istinadən xəbər verir ki, cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportları da var. 30-a yaxın İŞİD-çinin əks olunduğu fotolarda bəzilərinin adlalarının oxunması çətin olsa da anadan olduqları yerlərin- Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərləri olduğu aydın görünür.

Xatırladaq ki, İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı iki mindən çox İŞİD silahlısını məhv edib. Bu barədə İraq ordusunun bəyanatında bildirilir. Şəhərin azad edilməsi əməliyyatı İraqın şimal-qərbində, avqustun 20-də başlayıb. Ölkənin baş naziri Heydər əl-Abadi avqustun 31-də İraq ordusunun İŞİD üzərində qələbə çaldığını və Təlafərin yerləşdiyi Neynəvanın şimal hissəsinin terrorçulardan tam azad edildiyini bildirib.

Birgə əməliyyatın komandanlığının general-leytenantı Abdul Əmir Yarəllə qeyd edib ki, avqustun 20-dən 31-dək 2000-dən çox terrorçu və 50 terrorçu kamikadze öldürülüb, həmçinin partlayıcı qurğunun olduğu 77 avtomobil, 71 minalanmış tikili və yol kənarına qoyulmuş 990 mina partladılıb.

Onun sözlərinə görə, əməliyyatda İraq ordusunun əsgərləri, federal polisin və onun xüsusi bölmələrinin, həmçinin "Xalq Səfərbərliyi”nin döyüşçüləri iştirak edib. İraqın güc strukturlarının itkisi 115 nəfər olub, döyüşlər zamanı demək olar, 680 nəfər yaralanıb. 
 




 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol