• $
  • €
  • ₽
  • ₺
  • £

Pirallahıda 1168 sürücü cərimələndi – FOTO

Pirallahıda 1168 sürücü cərimələndi – FOTO
14.09.2017 18:00
Pirallahı rayonunda vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədi ilə reydlərə başlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə növbəti reyd Pirallahı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Reyd zamanı saxlanılan sürücülərin cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb. Həmçinin, cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.

Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücünün nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul olunur.

Təşkil olunan reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin də avtomobilləri cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Pirallahı rayon DYPB-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 1083 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin kömkliyi ilə qaydaları pozan 1168 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol