• $
  • €
  • ₽
  • ₺
  • £

“Aprel müharibəsi”nin daha bir SİRRİ AÇILDI

“Aprel müharibəsi”nin daha bir SİRRİ AÇILDI
03.10.2017 15:12
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma "DQR” rejiminin "operativ müdafiə bölməsinin müdiri”, polkovnik Viktor Arustamyan "aprel müharibəsi”ndə Azərbaycanın taktiki döyüş bacarığının erməni hərbi birləşmələrinin məğlub edilməsində böyük rol oynadığını etiraf edib.
 
 
Hurriyyet.org publika.az-a istinadla xəbər verir ki, V.Arustamyan Daşnaksütyun partiyasının təşkil etdiyi "rəqibin və bizim hərbi-siyasi taktikası” adlı konfransda sualları cavablandırıb.
 
 
"Yelk” blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan "Niyə "aprel müharibəsi”ndə bizim hərəkətlərimiz rəqibin addımlarına adekvat deyildi” deyə soruşub.
 
 
Erməni polkovnik əvvəlcə etiraf edib ki, "aprel müharibəsi”ndə çox səhv ediblər.
 
 
"Bizim kəşfiyyat məlumatlarımızın çoxu yanlış çıxdı. Misal üçün, cəbhə xəttində iki tankın gəldiyi eşidilir, növbəti gecə tanklar geri qayıdır. Texnikanın daimi hərəkəti ilə onlar bizi aldatmağı bacardı. Yalnız son anda gözlənilmədən zirehli texnikanı tətbiq etdilər”, - deyə o, Azərbaycanın hərbi taktikasının güclü olduğunu etiraf edib.
 
 
"Aravot” qəzetinin müxbiri Arustamyana "əgər "aprel müharibəsi”nə qədər azərbaycanlılar hərbi texnikanın hərəkəti ilə bizi aldadıbsa, bu, "biz nə qədər ayıqıq” sualını yaradır. Heç olmasa bu gün bu hərəkətlərə hazırıqmı” sualını ünvanlayıb.
 
 
Erməni polkovnik cavabında etiraf edib ki, onlar böyük səhvlər etdilər və rəqibin (Azərbaycanın) qarşısında zəifdirlər.
 
 
"Biz çox səhv etdik. Lakin bu gün səhvləri analiz edib, düzəltməyə çalışırıq”, - deyə o bildirib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol