• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni virus yayılıb

Azərbaycanda yeni virus yayılıb
06.10.2017 10:16
Havaların birdən-birə soyuması ilə əlaqədar virus infeksiyaları geniş yayılıb.

Metbuat.az-ın məlumatına görə, kəskin respirator viruslar hava-damcı yolu ilə keçən, tənəffüs yollarının iltihabına səbəb olan xəstəliklərdir. Bura qrip, para-qrip və s. xəstəliklər aiddir.

Həkim-terapevt Mətanət Cəfərova bildirib ki, hava soyuyanda, kəskin respirator xəstəliklər daha çox müşahidə edilir: "Son günlər böyüklər və uşaqlar arasında həkimə müraciət hallarının əhəmiyyətli hissəsi kəskin respirator viruslarla bağlı olub. Amma hər burnu axana da qrip demək olmaz. Bəzən insanlar qriplə adi zökəmi qarışdırırlar. Buna görə də xəstələnən zaman daha diqqətli olmaq lazımdır. Belə ki, qrip və kəskin respirator xəstəliklərin müalicəsi üçün virus əleyhinə preparatlar, antibiotiklər, hərarət salan dərmanlar, vitaminlərdən istifadə etmək məsləhətdir. Qrip virusuna şübhə varsa, ancaq bakterial infeksiya müşahidə edilmirsə, ağırlaşma yoxdursa, antibiotiklərdən istifadə etmək məsləhət görülmür. Lüzumsuz istifadə edilən antibiotiklər bədən müqavimətini azaldır və virusun bədəndən çıxma müddətini uzadır”.

Həkim bildirir ki, zamanla qrip virusunun yeni növləri meydana gəlir. İnsanların da yeni növlərə qarşı müqaviməti olmur.

"Xəstəlikdən qorunmaq üçün şəxsi gigiyenaya riayət etmək, əlləri tez-tez yumaq, öskürmə-asqırma zamanı ağzı tutmaq, evi və ev əşyalarını dezinfeksiya etmək, çox adam olan yerlərdən, xüsusən xəstə olan yerdən uzaq durmaq lazımdır. Qrip hərarətin qalxması ilə müşahidə edilirsə, yataq rejiminə riayət etmək vacibdir. Yəni, soyuqdan istiyə, istidən soyuğa çıxmaq olmaz” .

Sonda mütəxəssis faydalı məsləhətlərini təqdim edir. Belə ki, soyuq havalarda kəskin respirator viruslardan, o cümlədən qripdən qorunmaq üçün:

– Zəncəfilli, limonlu, nanəli çay için;

– Əgər güclü öskürək müşahidə edilirsə, bal ilə limon qarışığı öskürəyi azaldır;

– Yüksək hərarət müşahidə edilirsə, yataq rejiminə riayət edilməlidir;

– İctimai nəqliyyatdan istifadə edirsinizsə, tutacaqlardan tutduqdan sonra əllərinizi yuyun və ya dezinfeksiya edici məhlulla silin;

– Alma, mandarin, portağal, limon və s. bu kimi meyvələrdən çox istifadə edin.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol