Bakıda mədəniyyət müəssisələrində kadr dəyişiklikləri oldu

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən, bir neçə mədəniyyət müəssisələrinin rəhbərliyində rotasiya qaydasında dəyişikliklər edilib.
İdarədən anews.az-a bildirilib ki, Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Məmməd Rza oğlu Rzayev tutduğu vəzifədən azad olunaraq, Şağan Qəsəbə Klubuna, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini Tofiq Ağarza oğlu Dadaşov isə H.Abbasov adına Mədəniyyət Evinə direktor vəzifələrinə təyin olunub.
İdarənin digər əmrinə əsasən, R.Aboyev adına Mədəniyyət və İstirahət Parkının direktoru Fikrət Zinun oğlu Urucəliyev tutduğu vəzifədən azad olunaraq, Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru vəzifəsinə təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















