• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı bizi diz çökdürəcək, Qarabağı...” – Sarkisyan ORDUNU SATDI

“Bakı bizi diz çökdürəcək, Qarabağı...” – Sarkisyan ORDUNU SATDI
06.10.2017 15:55
Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması ilə bağlı razılaşmanın parlamentdə müzakirəsi zamanı vitse-spiker Eduard Şarmanazovun və müdafiə nazirinin müavini Artak Zaxaryanın etirafları işğalçı dövlətin düşdüyü vəziyyəti açıq şəkildə göstərdi.

Publika.az xəbər verir ki, Şarmazanov razılaşmanın təsdiqlənməsinin vacibliyi haqda danışarkən, "Ermənistan tam ölçüdə öz müdafiəsini təmin etmək vəziyyətində deyil. Biz hansısa hərbi blokda olmalıyıq, buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik. Çünki Türkiyəyə qarşı yeganə alternativimiz bu blokdur” deyə bildirdi.

Zaxaryan da təsdiq etdi ki, "biz öz sərhədlərimizin toxunulmazlığını təmin etmək gücündə deyilik”.

Müzakirələrdən sonra parlament razılaşmanı ratifikasiya etdi və Ermənistan mediasının da yazdığı kimi, erməni ordusu faktiki olaraq, Rusiyanın nəzarətinə keçdi.

"Ermənistan Azərbaycan və Türkiyənin zərbələri altında tez yıxılacaq”.

Bu barədə parlamentdəki müzakirələrə məqalə həsr etmiş "armenianreport” saytı yazır.

Sayt qeyd edir ki, Ermənistan hakimiyyəti əhaliyə daim yalan danışır:

"Serj Sarkisyanın tez-tez "ordumuz hər şeyə qadirdir” frazasını təkrarlamağı sevir. Biz bu yalana inanırıq, daha doğrusu inanmaq istəyirik. Buna görə də cüzi maaşımızdan 1000 dram ayırıb, ordu fonduna ödəyirik. Amma hakimiyyət daha dürüst davranaraq, heç nəyə qadir olmayan orduya sahib olduğumuzu etiraf etdi. Milli maraqlara xəyanət göz qabağındadır. Sarkisyan ordunu ruslara satdı”.

Sayt əlavə edir ki, Ermənistan hakimiyyəti hər il büdcədən 500 milyon dolları ordunun xərcləri üçün ayırır və bu pullar məmurların cibinə gedir.

"Bu xəyanətdir, amma hakimiyyət bunu heç də gizlətməyi lüzum bilmir. Açıq şəkildə etiraf edirlər ki, Azərbaycan və Türkiyə bizi diz üstə çökdürəcək. Cırtdan dövlətlərdə belə heç kim bu etirafı etmir. Amma bizim hakimiyyətimiz Moskvanın qucağında oturmaqdan başqa heç nə bilmir”, - deyə vurğulanır.

Məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyəti nə Qarabağı, nə də bütövlükdə ölkəni əlində saxlaya biləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol