• $
  • €
  • ₽
  • ₺
  • £

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırılıb

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırılıb
12.10.2017 21:16
Azərbaycanın orta məktəblərinin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi” dərsliyinin müəllifləri Təhsil Nazirliyinə çağırılıb.

Bu barədə AzVision.az-a təhsil üzrə ekspert, dərsliyin müəlliflərindən biri olan Kamran Əsədov bildirib.

O, deyib ki, dərslikdə yer alan qondarma erməni xəritəsinə görə müəlliflərə hər hansı cəza tətbiq edilməyib.

"Müəlliflər nazirliyə çağırıldı və məsələnin məğzi öyrənildi. Ancaq müəlliflərlə bağlı hər hansısa cəza tədbiri görülməyib. Burada müəlliflər günahkar deyil. Günahkar Təhsil Nazirliyi, dərsliyi yoxlayan ekspertlər, ictimai müzakirəyə bir ay qalmış səhvi görməyənlərdir. Həmin bölməni mən yazmamışam. Xəritə seçimində də iştirak etməmişəm. Mən Azərbaycan bölməsinə baxmışam. Burada Elmlər Akademiyasının da günahı var. Məsuliyyət dərsliyi yoxlayan orqanların üzərinə düşür”. 

Ekspert kitabın ruslar tərəfindən yazıması ilə bağlı Türkiyə mətbuatında gedən iddialara da münasibət bildirib: "Dərsliyin yazılmasında iştirak edən 9 müəllifin içində mən olmaq şərti ilə hamısının yaxınları, qohumları Azərbayacanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid verib. Dərsliyin hazırlanmasında Rusiya faktorunun olmasından söhbət gedə bilməz. Tenderdə bizdən başqa üç dərslik var idi. Bu dərslik digərləri ilə müqayisədə yüksək qiymətləndirilərək tenderdən keçdi. Burada nə hansısa ölkənin, nə də hansısa şəxsin marağı olub”.

Qeyd edək ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən etirazlara səbəb olub. Həmin dərsliyin müəllifləri sərt tənqid edilib. Təhsil Nazirliyi açıqlama yayaraq dərslikdə kobud səhvə yol verildiyini etiraf edib. Nazirlik bəyan edib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol