• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbov təhsilin səviyyəsindən narazıdır

Vasif Talıbov təhsilin səviyyəsindən narazıdır
17.10.2017 10:22
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri təhsilin səviyyəsindən narazı olduğunu bildirib. 

Anews.az xəbər verir ki, bu haqda o, Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə keçirdiyi müşavirədə danışıb.

V. Talıbov bildirib ki, bu gün istər ali, istərsə də orta ixtisas məktəbləri ən müasir təhsil şəraitinə malikdirlər. Naxçıvan Müəllimlər İnstitutu üçün isə yeni tədris korpusu inşa olunur. Ali və orta ixtisas təhsili məktəblərinin normal fəaliyyətləri üçün bütün şərait yaradılıb: "Lakin yaradılan şəraitdən səmərəli istifadə olunmur. Əgər 2016-cı ildə məzunlarımızın 1853 nəfəri, yaxud 90,4 faizi muxtar respublikadakı ali və orta ixtisas təhsili məktəblərini seçmişdirsə, 2017-ci ildə 1782 nəfəri, yaxud 87,2 faizi muxtar respublika ali və orta ixtisas təhsili məktəblərini seçib. 

Artıq 3 ildir ki, ali və orta ixtisas təhsili məktəblərinin elmi dərəcəli müəllimlərinin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir. Bu, şagird seçimini tənzimləmək üçün də əlavə imkandır. 

2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanında muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 16 ixtisas üzrə qəbul 50 faizdən aşağı olub, ümumilikdə isə tələbə qəbulu üzrə plan yerlərinin 13 faizi boş qalıb”. 

V. Talıbov deyib ki, hər il xarici ölkələrin məktəbləri muxtar respublikadan olan məzunları müxtəlif vədlərlə öz ölkələrində təhsilə cəlb edirlər: "Təəssüf ki, o məktəblərin təyinatı və təhsil səviyyəsi barədə məzunlarımızda kifayət qədər məlumat olmur. Bu məktəblərlə müqayisədə daha yüksək təhsil və sosial şəraitə malik olan muxtar respublika ali məktəblərinin rəhbərləri isə xarici ölkələrdən tələbə təşviqi məsələsində gözləmə mövqeyində dayanırlar. Nəzərə almaq lazımdır ki, əcnəbi vətəndaşların muxtar respublikanın təhsil müəssisələrində təhsil almaları üçün ən müasir təhsil standartları və şərait mövcuddur. Əcnəbi tələbələrin ali təhsil müəssisəsində təhsil alması bir tərəfdən bu təhsil müəssisəsi üçün əlavə maliyyə dəstəyidirsə, digər tərəfdən Naxçıvanın tanıdılmasına və məktəbin reytinqinə də öz təsirini göstərir. Naxçıvan Dövlət Universiteti, "Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu bu sahədə fəaliyyətlərini gücləndirməli, əcnəbi tələbələrin təhsil müəssisələrinə cəlbi istiqamətində zəruri işlər görməlidirlər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol