• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyə müraciət edənlərin sayı artıb

Nazirliyə müraciət edənlərin sayı artıb
17.10.2017 21:47
Cari ilin yanvar-sentyabr aylarında "Elektron hökumət” portalındakı (www.e-gov.az) elektron xidmətlərə ümumilikdə 17 mln. 555 min 749 müraciət qeydə alınıb ki, həmin müraciətlərin 40%-ə yaxını əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərə yönəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, hesabat dövründə qurum portalda elektron xidmətləri təqdim olunan qurumlar sırasında elektron xidmətlərindən istifadə sayına görə birinciliyini qoruyub saxlayır. Cari ilin 9 ayında da portalda e-xidmətlərinə ən çox müraciət edilən qurum 7 006 756 müraciət sayı ilə ƏƏSMN olub.

Hazırda "E-hökumət” vasitəsilə ümumilikdə 43 qurum tərəfindən 434 elektron xidmət əhalinin istifadəsindədir. Onlardan 6,5%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid e-xidmətlərdir.

Nazirliyin e-xidmətlərinin əksər hissəsi geniş istifadəçi kontingenti ilə seçilirlər. "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "İş yerinə dair arayış”, "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, "Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” belə e-xidmətlərdəndir.

Həmçinin "Sığortaolunanlara məlumatların verilməsi”, "Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, "Pensiya kalkulyatoru”, "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, "Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” və s. e-xidmətlərdən istifadə sayı daim artır.

Təkcə ötən ay nazirliyin e-xidmətlərinə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox, yəni 520 205 müraciətin olunması da bunu təsdiq edir. 

Ümumilikdə bu gün əmək, sosial sığorta və pensiya, müavinət və sosial yardım münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya sahələri üzrə geniş e-xidmətlər şəbəkəsi əhalinin istifadəsindədir. Nəticədə isə qeyd olunan sahələrdə məmur-vətəndaş kontaktları aradan qaldırılmaqla, dövlət xidmətlərindən əhalinin şəffaf şəraitdə və daha rahat şəkildə istifadəsinə, bu xidmətlərin sosial cəhətdən həssas əhali qrupları üçün əlçatanlığına nail olunub. Bu amillər isə nazirliyin e-xidmətlərinə ictimai marağın getdikcə artmasına əsas yaradıb.

Nazirlik tərəfindən aidiyyəti fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış sistemlərin və elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi işləri hazırda da davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol