Azərbaycanlı biznesmen ürəyindən güllələndi - VIDEO

Rusiyanın Saratov şəhərində ötən gecə yerli biznesmen öldürülüb.
"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 55 yaşlı biznesmen Ceyhun Cəfərovun cəsədi evinin qarşısında aşkarlanıb. O, avtomobilindən düşərkən qarajın yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Güllə biznesmenin ürəyindən dəyib.
Cəfərov tikinti şirkətlərindən birinin baş direktorudur. Onun şirkəti bir çox dövlət sifarişlərinin də icraçısı olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























