• $
  • €
  • ₽
  • ₺
  • £

​Lotu Qulini Babək, Koroğlu kimi sevən kimlərdir? – Rəylər

​Lotu Qulini Babək, Koroğlu kimi sevən kimlərdir? – Rəylər
29.10.2017 19:08
Adətən, insanlar mifləşdirməyi sevirlər.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında avtoritetlərin cəmiyyətdə rəğbətlə qarşılanmasına münasibət bildirən psixoloq Vəfa Rəşidova deyib.
 
Psixoloqun sözlərinə görə, hadisənin, əməlin, şəxsiyyətə bağlı hərəkətin kökündə həqiqət varsa, mifləşdirmə mümkündür: "Təəssüf ki, çox hallarda insanlar adi şeyləri, bəzən də neqativ hadisələri ilahiləşdirməyə meyl göstərirlər. Nəyi və kimi mifləşdirdiklərinin fərqinə varmırlar. Bu, çox qəribədir. Doğrusu, bəzən insanların bu qədər bəsit düşündüyünə heyrət edirəm.
 
Məsələnin sosio-psixoloji tərəfi odur ki, cəmiyyətdə özünə inamsız insanlar daha çoxdur. Kütlənin hansısa nüfuzlu, məşhur şəxsiyyəti bütləşdirdiyini görüb, o da kütləyə qoşulur. Kriminal avtoritetlər də bu sıradandır. Bilmirəm, belələrinin cəmiyyətə nə faydası dəyib?.. Kitab yazıb, jurnal çıxarıb, insanları maarifləndiriblər? Bəlkə, 5 nəfərin həyatını qutarıb, şəhid olub, əsgər gediblər?”
 
Psixoloqun sözlərinə görə, dünyagörüşü məhdud olan, özünə inanmayan insan həmişə kənarda nüfuzlu avtoritet axtarır və onu "tapır”...
 
Psixoloq Babək, Koroğlu kimi əsl qəhrəmanların kriminal avtoritetlərlə əvəzlənməsinə mənfi tendensiya kimi yanaşdığını deyib: "Bəlkə də Babəkin ruhu sızlayır… Eyni zamanda bunu cəmiyyətin çatışmazlığı kimi də dəyərləndirə bilərik. Yəni cəmiyyətdə model göstərilən şəxslər bu dərəcədə deformasiyaya uğtrayıb… Bu, gənclərimiz üçün çox təhlükəlidir. Gənclər adətən, nümunə hesab olunan, sevilən, rəğbət bəslənən şəxslərə bənzəməyə çalışırlar”.
 
Şair Aqşin Yenisey oğru dünyasının adamlarının cəmiyyətdə Koroğlu, Robin Qud kimi qəbul edilməsini əxlaqi və ictimai şüur pozuntusu sayır: "Əxlaqi pozğunluqdur, ona görə ki, bizim xalqın əxlaq normalarını yaradan islam dininə görə oğurluq, oğru olmaq ən böyük günahdır, amma cəmiyyətimizdə oğru dünyasının əsas heyranları dindar gənclərdir. İctimai pozğunluqdur ona görə ki, oğrubaşıları iddia edirlər, siyasətlə işimiz yoxdur, biz ədalət axtarırıq. Ədalət siyasətin təməl prinsipidir.
 
Oğrulara, mafiozlara pərəstiş təkcə biz Qafqaz xalqlarına xas deyil. Latın Amerikasında da xalq banda başçıları üçün sino gedir. Və bu o qitədir ki, etnoqraflar onu "Dünyanın ən mənəviyyatsız qitəsi" adlandırırlar”.
 
Məhbəs həyatı görmüş şair Mahir Mehdi isə bildirib ki, cəmiyyətdə problemlər müəyyən həddə çatanda millət özünə həmişə qəhrəmanlar uydurur: "Real bir adamı götürüb, onu sirr pərdərinə bürüyür, ona əzəmət çaları əlavə edirlər. Cinayətkar aləmin, oğru dünyasının adamları haqq-ədalət carçıları kimi ən yararlı, əvəzolunmaz vasitədilər. Əslində, cəmiyyətə qəhrəman kimi sırınan o adamlar "millət, ədalət" deyə-deyə özləri üçün çalışan cibgirdən, qulaqkəsəndən başqa bir şey deyillər. Oğrulara, quldurlara dəyər verib, başa çıxardığımıza görə, bizim qəhrəmanlıqlarımız Qaçaq Nəbi səviyyəsindədi”.
 
Qeyd edək ki, kriminal aləmdə tanınmış Lotu Qulinin azadlığa çıxmasından sonra onun və digər avtoritetlər ətrafındakı müzakirələr uzun müddətdir səngimək bilmir.
 
Müəllif: Şəfiqə Nazimqızı
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol