• $
  • €
  • ₽
  • ₺
  • £

Elşadla Oksananın arsızlığı... - Nazirliyə qarşı hörmətsizliyi

Elşadla Oksananın arsızlığı... - Nazirliyə qarşı hörmətsizliyi
30.10.2017 10:48
Bir neçə gün əvvəl eks-xanımı, tanınmış rəqqasə Oksana Rəsulovanı döyməkdə və bıçaq çəkməkdə ittiham olunaraq barəsində cinayət işi açılan Elşad Xose sosial şəbəkələrdə baş verənlərə münasibət bildirib.
 
Oksananın şikayəti əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində bir gün saxlanılan məşhur reper şənbə günü ifadəsi alınaraq sərbəst buraxılıb.
 
Anews,az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) bir neçə dəfə rəsmi açıqlama versə də, hər iki tərəf baş verənləri təkzib edib. Belə ki, Elşad Xose daha irəli gedərək barəsində xəbər yazan mətbuat nümayəndələrini lağa qoyub.
 
Onunla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılsa da, Xose həm DİN-ə, həm mediaya, həm də pərəstişkarlarına qarşı heç nə olmamış kimi davranıb:
 
"Ala, əl çəkin də... Artıq boş-boş kim nə dedi, elə təkrar edirlər. Təzəcə partimi sona çatdırdım. Məni tutublar, parti də zonda idi. Qurtarın ala da...Gəşən yarımçıq işlərim var, tamamlayan kimi buraxıram ixtiyarınıza, qiymət verərsiz”.
 
Bu arada qeyd edək ki, Xosedən şikayətçi olan Oksana da eyni mövqe göstərir. O da həm mətbuata açıqlamasında, həm də sosial şəbəkədə olanları inkar etmişdi.
 
Baxmayaraq ki, sözügedən qalmaqaldan sonra hər iki məşhur bir-birini instaqramda izləməkdən imtina edib.
 
Rəqqasənin eks-əri isə onunla birgə çəkildiyi filmlə bağlı təhqirə yol verib. O, instaqramda "Mələyin öpüşü”nün adını dəyişərək söyüşlə əvəzləyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol