• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda insult keçirənlərin sayı açıqlandı

Azərbaycanda insult keçirənlərin sayı açıqlandı
30.10.2017 21:13
Səhiyyə Nazirliyinin statistikasına əsasən, Azərbaycanda il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insult halı qeydə alınır.

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib.

O qeyd edib ki,  bunların 30 faizi ilk ay ərzində dünyasını dəyişir, digər 30 faiz əlil olur, digər şəxslərin isə yardıma ehtiyacı olur, qalan xəstələr əmək fəaliyyətini bərpa edə bilir.

Ötən illə müqayisədə insultla xəstələnmə göstəricisində artımın olduğunu deyən R.Əiyevin sözlərinə görə, ürək əməliyyatı edilən insanlar arasında da insulta rast gəlinmə faizi çox olur: "Eyni zamanda, əhali yaşlaşdıqca, insanların ömrü uzandıqca insult riski çoxalır. Proqnozlara görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azaldılacaq. Amma eyni zamanda, əhalinin yaşlanması ilə bu risk 11 faiz artacaq. Müxtəlif yaş qruplarında insultun risk faktorları müxtəlifdir. Cavanlarda insultun risk faktorlarına anadangəlmə ürək qüsurları, irsi arteraial hipertenziya, qan xəstəlikləri, narkotiklərdən istifadə daxildir. Yaşlılarda isə bu faktorlara şəkərli diabet, arteraial hipertenziya və s. daxildir”.

Qeyd olunub ki, gənclər arasında insultla xəstələnmə göstəricisi aşağıdır.

Mütəxəssis bildirib ki, abortlar, kontraseptivlərdən, narkotiklərdən istifadə, zərərli vərdişlər, o cümlədən siqaretdən istifadə insult riskini artırır. İnsult keçirən qadın və kişilərdən hansının daha çox yaşaya biləcəyi onların risk amillərinin çox, yaxud az olmasından asılıdır. Kişilərdə risk amillərinin çox olması, zərərli vərdişlər, gərgin iş insultdan sonra onların reabilitasiyasına təsir göstərir. Beyin infarktı keçirən xəstələrdə beyin qansızması, yəni insult olan xəstələrə nisbətən yaşama riski yüksəkdir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol