• $
  • €
  • ₽
  • ₺
  • £

Leysan, qar yağacaq, temperatur 4-6° enəcək - XƏBƏRDARLIQ

Leysan, qar yağacaq, temperatur 4-6° enəcək - XƏBƏRDARLIQ
06.11.2017 14:00
Noyabrın 7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 9-13° isti, gündüz  16-19° isti, Bakıda gecə  10-12° isti, gündüz  17-19° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz 55-65 % olacaq. 
 
Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz  17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz  9-14° isti olacağı gözlənilir.
 
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 8-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol