• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınlarlin sosial-psixoloji durumu ilə bağlı monitorinq keçirilib

Qadınlarlin sosial-psixoloji durumu ilə bağlı monitorinq keçirilib
07.11.2017 20:33

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi 01.05.2017-01.11.2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsini həyata keçirib. Bu gün layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə  qadınların sosial-psixoloji problemləri ilə bağlı layihə çərçivəsində görülən işlərin, aparılan monitorinqlərin nəticələri açıqlanıb. Həmçinin layihə çərçivəsində keçirilən məqalə müsabiqəsinin qaliblərinə müvafiq diplomlar və pul mükafatları təqdim edilib. 

Layihənin rəhbəri, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib ki, layihə çərçivəsində Bakıda və respublikanın müxtəlif rayonlarında (Saatlı, Beyləqan, Şəki, Qax) müvafiq qadın qrupları ilə görüşlər keçirilib, ölkə qadınlarının ümumi problemləri, sosial-psixoloji vəziyyəti araşdırılıb, qadınlarla öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər barədə söhbətlər aparılıb və onlara motivasiya nitqləri söylənilib.
Respublikada regionlar üzrə qadınların sosial-psixoloji vəziyyəti ilə bağlı monitorinq keçirilib. Bu zaman monitorinqin əsas alətlərindən – informasiyanın toplanması, müşahidələr, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasından istifadə edilib. Qadınların başlıca problemləri araşdırılıb, onları intihara aparan səbəblər müəyyənləşdirilib.   

Eyni zamanda "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsi keçirilib. Müsabiqəyə 22 məqalə təqdim edilib, onlardan 9-u müsabiqə şərtlərinə uyğun gəldiyi üçün ekspert qiymətləndirilməsinə buraxılıb. Onlardan biri 1-ci yerə, biri 2-ci yerə, üçü isə 3-cü yerə layiq görülüb.

Ülkər Abdullayeva bildirib ki, layihənin yekunları, monitorinqin nəticələri, tədbirlərdə səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək.

Daha sonra layihə rəhbəri tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.
 
Tədbirdə "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Gənc Demokratlar İnstitutunun prezidenti Yeganə Hacıyeva, "Qadın Liderliyi Uğrunda" İB-nin sədr müavini Nərmin Şamilova, Xəzər Universitetinin "Dünya” məktəbinin pedaqoqu Vəfa Vəliyeva, "Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə və digər iştirakçıları öz fikir və təkliflərini səsləndiriblər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol