• $
  • €
  • ₽
  • ₺
  • £

"Anam az qala əlimizdən getmişdi" - Fədayənin bacısı

"Anam az qala əlimizdən getmişdi" - Fədayənin bacısı
15.11.2017 13:48
Hazırda həbsdə olan müğənni Fədayə Laçının bacısı İlahə Fəda baş verən hadisələrə münasibət bildirib.

Sənətçi Zaur Baxşəliyevin "Bizimləsən” verilişinə zəng edərək bacısının həbsi ilə bağlı sualları cavablandırıb. O bildirib ki, hazırda istintaq gedir:

"Bacımın vəziyyətini bilirisiniz. İstintaq gedir. Günahı varsa, cəzasını çəkəcək, günahı yoxdursa, oradan çıxacaq. Başımıza heç vaxt belə iş gəlməmişdi”.

İ.Fəda Fədayənin bir neçə gün əvvəl yayılan ölüm xəbərinə əsəbiləşdiyini deyib:

"Anam az qala əlimizdən getmişdi. Allah belə bir olayı heç kimin başına gətirməsin. Həmin gecəni biz necə keçirdik Allah bilir. Bilirəm ki, bacım o qədər zəif insan deyil. Zəif qəlbi olanın o boyda sənəti ola bilər? Deyirlər, ürək çatışmazlığından dünyasını dəyişib. Onun özü boyda ürəyi var. Fədayənin həbs olunması xəbərindən bəzi saytlar pul qazanırlar, reytinq yığırlar. Fədayəni reklam edirlər.

Əslində həmin saytları məhkəməyə verə bilərəm. Amma inanın ki, bizim ailənin polislə işi olmayıb. Biz adi sıradan insanıq, sadəcə istedadımız var. Kim nə yazır yazsın. Bacımı tanıyıram, ciyərini bilirəm. Bacım sənətkardır, bunu bütün xalq da bilir. Sağdır ki, onun haqqında bu qədər danışırlar. Əllərini vicdanlarının üstünə qoysunlar, əgər varsa”.

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
 
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayə "Qoca" ilə sevgili olub. "Qoca" polislə atışma zamanı dünyasını dəyişib.

///Axşam.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol