Bakını toz-duman bürüyüb – FOTO

Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda güclü duman müşahidə olunur.
Anews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi də proqnoz yaymışdı.
Xəbərdə bildirilirdi ki, ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olacaq. Buna səbəb isə ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanın daxil olmasıdır. Toz-dumanın ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















