• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in köləsinə çevrilmiş Dilbər: Atam bizi zorla gətirdi...

İŞİD-in köləsinə çevrilmiş Dilbər: Atam bizi zorla gətirdi...
24.11.2017 13:44
İŞİD terror qruplaşmasının "paytaxt” elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb.

Anews.az yerli mətbuata istinadən xəbər verir ki, mülki kürdlərin nəzarət etdiyi düşərgədə saxlanılanlar arasında azərbaycanlı qadın və uşaqlar da var.

Onlardan biri olan Dilbər Məmmədova başına gələnləri danışıb, atası tərəfindən zorla Suriyaya aparıldıqlarını deyib. Hazırda 18 yaşı olan Dilbər Məmmədova deyib ki, atası İŞİD üzvü olub. Onlar Türkiyə üzərindən Suriyaya keçiblər. 

"Türkiyəyə aid ambulansla sərhədi keçdik, keçərkən nə sərhəd xətti, nə əsgər görmədik”, - o deyib.

Dilbər danışıb ki, atası onun bilmədiyi səbəblərdən İŞİD tərəfindən edam olunub. Terror təşkilatının əsarətində olarkən İŞİD o vaxt yetkinlik yaşına çatmayan Dilbəri terrorçulardan biri ilə zorla evləndirib. Həmin terrorçu döyüşlərdən birində öldürüləndən sonra bu dəfə azərbaycanlı qız başqa İŞİD-çiyə zorla ərə verilib.

D.Məmmədova danışır ki, Raqqada saxlanıldığı evdə tez-tez zorakılığa məruz qalıb, bir neçə dəfə evdən qaçmağa çalışsa da, baş tutmayıb. Nəhayət, Raqqa İŞİD-dən azad ediləndə Dilbər digər mülki şəxslər kimi kürd döyüşçülərinə sığınıb. 

"Həmin an özümü qanadlanmış kimi hiss etdim. İŞİD bizdən hər şeyimizi, sevincimizi uşaqlıq illərimizi aldı”, - deyə o bildirir.

Xatırladaq ki, bundan əvvəl İraqın Mosul şəhərinin azad olunması zamanı da İŞİD-ə qoşulmuş xeyli azərbaycanlı qadın, onların azyaşlı uşaqları aşkarlanıb. Bu qadınlar və uşaqlar İraqın şimalındakı düşərgədə saxlanılır, Bağdad hökuməti onları deportasiya etməyə hazırlaşır. Xarici KİV-lərin reportajlarına əsasən həmin azərbaycanlı qadınların bir çoxu İŞİD-in nəzarətində yaşamaqdan razılıq ifadə edirlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol