• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp "istək" liseyinin şagirdini təriflədi - FOTO

Tramp "istək" liseyinin şagirdini təriflədi - FOTO
28.11.2017 19:43
ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan "İstək"liseyinin şagirdi 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İ. Tramp çıxışında deyib:

"Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətinin yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – "Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx.”

Qeyd edək ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradacaq. İki gün yarım ərzində şəbəkələşmə, mentorluq və seminarlar vasitəsilə sahibkarlar öz təşəbbüslərini tərtib etmək, tərəfdaşlıq qurmaq, maliyyələşmə təmin etmək, yenilik etmək və hədəf müştərilərini tapmaq - cəmiyyətləri dəyişəcək yeni məhsullar və xidmətlər yaradır.

ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb. ABŞ Səfirliyi mədəniyyət və professional mübadilə proqramları, həmçinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə Azərbaycanda sahibkarlara güclü dəstək göstərir. Qadın və qızlar lazımı təcrübə və imkanlar əldə etdikləri zaman onlar maliyyə baxımından azad olur və özlərinə güvənirlər. ABŞ Səfirliyi Reyhanın uğurunun dəstəklənməsində iştirak etməkdən və onun müstəsna nailiyyətlərinin işıqlandırmaqdan məmnundur.
Reyhan Camalovanın layihəsi barədə:

Tədqiqatlar göstərir kı, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıblar. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisini yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol