• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu şəxslərin pensiyaları artacaq

Azərbaycanda bu şəxslərin pensiyaları artacaq
28.11.2017 22:23
Azərbaycanda hansı sahələrdə mütəxəssisə ehtiyac olduğunu virtual göstərən yeni sistem yaradılır.

Xezerxeber.az bildirir ki, növbəti 3 il ərzində yaradılacaq bu sistem dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsi əsasında qurulacaq. Bu isə həm iş, həm də işçi axtaranlar üçün ən əlverişli və müasir sistem olacaq. Növbəti 3 ildə qurulması nəzərdə tutulan Milli Observatoriya adlanan sistem ən qabaqcıl ölkələrin təcrübəsi əsasında hazırlanacaq.


Bundan başqa, gələn il sovet dönəmində əmək stajı olanların pensiyalarında artımlar da gözlənilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirir ki, gələcəkdə tələb olunacaq ixtisasların proqnozunu özündə cəmləşdirəcək bu sistemlə iş axtaranların məşğulluq mərkəzlərinə getməsinə ehtiyac qalmayacaq. Bundan başqa gələcəkdə hansı ixtisaslara daha çox ehtiyac olduğunu universitetlərdə oxuyan tələbələr bir neçə il qabaqdan müəyyən edə və asanlıqla həmin sahəyə yönələ biləcəklər. Bu gənc işçi qüvvəsinin daha yaxşı hazırlığına da səbəb olacaq.

Nazir həmçinin sovet dönəmində əmək stajı olan şəxslərin stajlarına yenidən baxılması prosesinin də yeni ildən başlayacağına diqqət çəkib. Nazir onu da qeyd edib ki, əsasən 1992 ci ildən öncə əmək stajı olanların sənədlərinə baxılacaq.


Onu da qeyd edək ki, sovet dönəmində əmək stajı olanların stajları yenidən hesablana və onlara verilən pensiyaların miqdarında bu aradşırmalar nəticəsində artımlar ola bilər. Bu həyata keçiriləcək araşdırmalardan sonra bəlli olacaq.


Bu arada əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı konsepsiya sənədi və tədbirlər planının təqdimatı olub. Tədbirdə müxtəlif nazirlik və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol